Konfrans Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borxesin “Omoniya” ilə görüşün 53-cü dəqiqəsində vurduğu ilk qol da var.
Həmçinin “Alaşkert”dən Aleksandar Qlişiçin HİK-ə, “Vittes”dən Maksimilian Vittekin “Renn”ə və “Mura”dan Ziqa Kousun “Tottenhem”ə vurduğu qollar da ən yaxşılar sırasında yer alıb. Dominos pizza
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Mehri Qurban
Telegram kanalımız