Kadırov Kiyevi hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov Kiyevi hədələdi

Dünya

06 Dekabr 2025 09:00 430


Çeçenistan lideri Ramzan Kadırov Qroznı şəhərindəki kompleksə PUA hücumundan sonra ukraynalıları Kiyevin hərəkətlərinə qarşı çıxmağa çağırıb.

"Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkəki videomüraciətində bildirib:

"Ukrayna xalqı, hara baxırsınız? Sizi bir-bir parçalayırlar. Çıxın, sözünüzü deyin. Övladlarınız öldürülür, məhv edilir. Ehtiyatlı olun, yoxsa millətinizi tamamilə itirəcəksiniz". Dördpendirli pizza

Kadırov dekabrın 5-i axşam saatlarında Qroznı şəhərinə PUA hücumu barədə məlumat verib. Muxtar respublika başçısının sözlərinə görə, xəsarət alan olmayıb. O, zədələnmiş binanı qısa zamanda bərpa edəcəyinə söz verib.

Ramzan Kadırov Ukraynanı sərt cavab tədbirləri ilə hədələyib:

"Biz onlardan fərqli olaraq, mülki hədəflərə qorxaqcasına zərbələr endirməyəcəyik. Hücumlarımız Ukrayna nasistlərinin hərbi terror obyektlərinə yönəldiləcək. Gözləyin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!