Kadırov oğluna yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov oğluna yüksək vəzifə verdi

Dünya

06 Yanvar 2026 12:10 389


Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu, 20 yaşlı Axmat Kadırovu Baş nazirinin müavini vəzifəsinə təyin edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə özü "Telegram" kanalında məlumat yayıb.

Axmat Kadırov həm də 2024-cü ilin mayında bədən tərbiyəsi və idman naziri vəzifəsini icra edir. Bundan əvvəl o, 4 ay (2024-cü ilin fevralından mayın ayına kimi) Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsində çalışıb. pizza hut

Ramzan Kadırovun ikinci oğlu Zelimxan 2024-cü ildə “Axmat” döyüş klubunun və Çeçenistan Boks Federasiyasının rəhbəridir. Üçüncü oğlu Adam 2025-ci ildə Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Son illər mətbuatda və sosial şəbəkələrdə Kadırovun ağır xəstəliyi ilə bağlı şayiələr yayılıb. “Novaya qazeta Avropa” mənbələrə istinadən yazır ki, Çeçenistan rəhbərinə hələ 2019-cu ildə pankreas nekrozu diaqnozu qoyulub. Kadırov özü səhhətində hər hansı problem olduğunu inkar edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!