Kadırov Putini aldatdı: “Mən olmasam, Qafqazda...”

saytların hazırlanması

Evə çatdırılma

Kadırov Putini aldatdı: “Mən olmasam, Qafqazda...”

Siyasət

08 May 2025 18:37 1789


Vladimir Putinlə söhbətdən sonra Ramzan Kadırov əmindir ki, artıq onun istefası mövzusu gündəmdə deyil. Kreml isə məsələnin bu qədər sadə olmadığını bildirir.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Kremlin sekret” Teleqram kanalı Rusiya Prezident Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

“Ramzan hiyləgərcəsinə davrandı. Ehyam və tərəddüdlərlə də olsa, Vladimir Vladimiroviçə belə bir fikir çatdırdı ki, guya o olmasa, Qafqazda – təkcə Çeçenistanda yox, bütün regionda – müharibə və böyük qan töküləcək. Həmçinin radikallardan – islamçılardan və separatçılardan danışdı. Guya onlar Kadırovdan qorxurlar və əgər Ramzan olmasa, artıq Moskvada terror aktları törədərdilər. Vladimir Vladimiroviç bütün bunlara qulaq asdı və hələlik Kadırovun istefasından imtina etmək qərarına gəldi”, - mənbə bildirib. pizza

Başqa bir mənbənin sözlərinə görə isə, Kadırov prezidentə sağlamlığı ilə bağlı şayiələrin şişirdildiyini, vəziyyətinin normal olduğunu bildirib. Mənbə qeyd edir ki, Çeçenistan rəhbəri Putini ciddi təhlükəyə inandıra bildiyinə və buna görə də prezidentin onun istefasını artıq düşünmədiyinə əmindir. Amma bu, reallığı əks etdirmir:

“Mən Ramzanın yerində olsaydım, sevinməyə tələsməzdim. İki ay ərzində Vladimir Vladimiroviç onun gələcəyi ilə bağlı qərar verəcək. Və bu qərarın Kadırovu sevindirəcəyinə əmin deyiləm, hər şey ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!