Kadırov Ukraynadan 2 min məktub aldı, əmri ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov Ukraynadan 2 min məktub aldı, əmri ləğv etdi

Dünya

02 Noyabr 2024 20:47 1181


Çeçenistanın lideri Ramzan Kadırov cəbhədə “əsir götürməyin” əmrinin ləğv edildiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat verib.

O iddia edib ki, Ukrayna sakinlərindən iki mindən çox məktub alıb: Sezar pizza

“Müxtəlif məzmunlu məktubları həm qohumları səfərbər olunmuş qadınlar, həm də təmas xəttində olan kişilər öz istəyi ilə yazır. Hər müraciətdəki səbəb isə eynidir: Rusiyalı əsgərlərə əsir düşmək səngərlərə öz istəyinə zidd olaraq göndərilənlər üçün sağ qalmağın yeganə yoludur. “Əsir götürməyin” əmri ləğv edilir. Təslim olmaq istəyənlər sağ qalacaqlar. Digərlərinə isə yazığım gəlmir”.

Qeyd edək ki, Kadırov sözügedən əmri Çeçenistanda Prezident Vladimir Putinin adını daşıyan Rusiya Xüsusi Təyinatlı Universitetinə dron hücumundan sonra vermişdi./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!