Kadırovla çəkilən foto Ukraynada qalmaqal yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Kadırovla çəkilən foto Ukraynada qalmaqal yaratdı

Dünya

23 Fevral 2021 08:09 809


Ukrayna Baş nazirinin müavini Oleq Uruski Çeçenistan lideri Ramzan Kadırovla birgə çəkilmiş fotosuna aydınlıq gətirib.

Azvision.az bildirir ki, o, BƏƏ-də keçirilən “IDEX-2021” silah sərgisinin təşkilatçılarının protokoluna əsasən Kadırovla ümumi fotoda olduğunu söyləyib.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal ondan Kadırovla çəkdirdiyi fotoya görə izahat tələb etmişdi. Dördpendirli pizza

O.Uruski bildirib ki, rəsmi nümayəndə heyətləri rəhbərlərinin yerləşdirilməsini protokol təyin edir.

Baş nazirin müavini Kadırovla heç bir şəxsi əlaqəsinin olmadığını və bunu planlaşdırılmadığını vurğulayıb. Hökumət rəsmisi əlavə edib ki, Ukrayna nümayəndə heyəti təşkilatçıların diqqətini gələcəkdə bu cür halların qəbuledilməzliyinə yönəldib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!