Kadırovu öldürənə Kiyevdə ev vəd olundu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kadırovu öldürənə Kiyevdə ev vəd olundu - Foto

Maraqlı

14 Mart 2022 14:35 655


Ukrayna parlamentinin keçmiş deputatı Yevgeni Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovu məhv edəcək şəxsə mükafat vəd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

Keçmiş deputat Ukraynaya gəlməyi ilə öyünən Ramzan Kadırovun öldürülməsinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib. Pepperoni pizza

"Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin hər bir döyüşçüsü çeçen xalqına biabırçılıq gətirən bu əlaltını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına mükafat qoyuram - Kiyev yaxınlığında 40 sot torpaqda ev!”.

Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirilmişdi ki, Kadırov Ukraynaya gəlib və İvankovodakı zirzəmidə gizlənərək, orada çeçen döyüşçülərlə müzakirə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!