Türkiyədə kafe, restoran, çayxana və digər ictimai iaşə obyektlərində iş saatlarına tətbiq olunan məhdudiyyətlər ləğv olunub.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi sərəncam imzalayıb.
Sərəncama əsasən, 81 vilayətdə ictimai iaşə obyektləri ümumi qaydalarda və lisenziyalarda göstərilən müddətlərdə fəaliyyət göstərə biləcəklər. Qərar bu gündən qüvvəyə minib. Pepperoni pizza
Telegram kanalımız