Kafedə iki nəfərə xəsarət yetirən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Kafedə iki nəfərə xəsarət yetirən şəxs tutuldu

Kriminal

04 İyun 2019 11:36 1150


Sabunçuda kafedə iki nəfərə xəsarət yetirən şəxs tutulub.

DİN-dən “Yeni Sabah”a  verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olub.

A.Göyüşovun vəziyyəti orta-ağır, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Toyuqlu pizza

13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!