Kafedə öldürülən sərhədçi müharibə 3 medal alıbmış 

saytların hazırlanması

Evə çatdırılma

Kafedə öldürülən sərhədçi müharibə 3 medal alıbmış 

Maraqlı

16 Mart 2023 11:35 1054


Dövlət Sərhəd Xidməti (DSX) sərhədçinin Bakıda kütləvi dava zamanı öldürülməsi ilə bağlı məlumat yayıb. 

DSX-nin Mətbuat Mərkəzindən Yenisabah.az-a bildirilib ki, mart ayının 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib. 

Məlumata görə, baş bizir Cəsarət Vəliyev 44 günlük Vətən Müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.  Toyuqlu pizza

"Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə rəsmi açıqlamada qeyd edilib. 

Xatırladaq ki, hadisə Bakıda yerləşən kafelərdən birində musiqi sifarişi üstündə baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!