Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılan rayon sakini Nurlan Muradovdur.
Axtarış zamanı ondan bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb. N.Muradova məxsus rayonun Qandax kəndində yerləşən kafeyə baxış keçirilən zaman isə oradan yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. pizza mizza
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız