Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb.
Yenisabah.az “Tert”ə istinadla xəbər verir ki, Rusiya rəsmisi çıxışında Vladimir Putin Paşinyanla təmasları, xüsusən də bu ilin aprelində əldə olunan bütün razılaşmalara sadiqliyini bir daha təsdiqləyib:
"Biz strateji əməkdaşlığımızın dərinləşməsinə yönəlmiş bütün qərarlara sadiqik”. Dominos pizza
O, hazırda regional məsələlərin xüsusi diqqət tələb etdiyini, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının prioritet olduğunu vurğulayıb.
“Biz sazişlərdə əksini tapmış, eləcə də regionda vəziyyətin tam normallaşmasına, o cümlədən humanitar məsələlərin həllinə yönəlmiş bütün müddəaları həyata keçirməyi hədəfləyirik”.
O əlavə edib ki, Baş nazir müavinləri səviyyəsində Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi marşrutların açılması üzrə üçtərəfli işçi qrupu yekun razılaşmaların əldə edilməsi istiqamətində irəliləyiş mərhələsindədir:
“Eyni şey delimitasiya və demarkasiyaya da aiddir. Biz Ermənistan və Azərbaycan komissiyalarının birgə iclasını alqışlayırıq və bunu çox vacib hesab edirik. Artıq Moskvada Rusiya nümayəndələrinin iştirakı ilə görüşə hazırlaşacağıq, onlara liderlərin razılığına əsasən, konsaltinq yardımı, o cümlədən kartoqrafik materiallar verəcəklər.
Ümumiyyətlə, qonşularımız olan Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasında maraqlıyıq. Azərbaycanın bununla bağlı verdiyi təkliflərdən, kağız üzərində qalan mövqeyinizdən təbii ki, xəbərimiz var. Biz qarşılıqlı razılaşma əldə etmək üçün əlimizdən gələni etməyə hazır olacağıq”.
Telegram kanalımız