Kahramanmaraş valisi general Etibar Mirzəyevlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Kahramanmaraş valisi general Etibar Mirzəyevlə görüşdü

Maraqlı

26 Fevral 2023 17:45 854


Kahramanmaraş valisi Ömər Faruk Coşkun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşüb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, görüşdə vali Kahramanmaraşda görülən işlər barədə ətraflı məlumat verib.

Ö.F.Coşkun qeyd edib ki, Kahramanmaraşda axtarış-xilasetmə işləri başa çatıb. O, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. Dominos pizza

Daha sonra çıxış edən E.Mirzəyev bildirib ki, Azərbaycan həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olmaqda davam edəcək:

"Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin xilasedicələri Türkiyəyə dəstək üçün gəlib. Biz sonuna qədər qardaş ölkənin yanındayıq. Keçmiş olsun. Allah ölənlərə rəhmət eləsin, yaralılara acil şəfa diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!