Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşdı - Fotolar

Dünya

29 Aprel 2025 22:25 360


Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.

"Report"un əldə etdiyi məlumata görə, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. Pepperoni pizza

Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!