Kaladze: “Gürcüstan Aİ-yə inteqrasiyanı davam etdirəcək“

saytların hazırlanması

Evə çatdırılma

Kaladze: “Gürcüstan Aİ-yə inteqrasiyanı davam etdirəcək“

Rəsmi

13 İyun 2022 16:26 938


“Əgər Aİ-yə namizəd statusu Gürcüstana verilməsə, Gürcüstan bundan sonra da Aİ ilə yaxınlaşmağa davam edəcək”.

Yenisabah.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

O deyib: “Əgər qərar bizə namizəd statusunun verilməsi deyilsə, biz Avropa İttifaqı adlı böyük bir ailənin üzvü olmaq üçün Avropaya inteqrasiya yolunu davam etdirəcəyik. Lakin məncə, qərar müsbət olacaq”. Dominos pizza

Kaladze, həmçinin, Avropa Parlamentinin iyunun 9-da qəbul etdiyi qətnaməni təhqir hesab etdiyini bildirib.

Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanda medianın vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

Sənəddə Gürcüstanın keçmiş Baş naziri, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının yaradıcısı Bidzina İvanişviliyə demokratiyaya mənfi təsir göstərdiyi iddiası ilə şəxsi sanksiyaların tətbiq edilməsinə dair çağırış var.

Qətnamə müəllifləri, həmçinin, Gürcüstan hakimiyyətini Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini və müxalif “Mtavari arxi” telekanalının keçmiş baş direktoru Nika Qvaramiyanı azad etməyə çağırırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!