Kaliforniya yanğınında ölənlərin sayı 24-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Kaliforniya yanğınında ölənlərin sayı 24-ə çatdı

Dünya

13 Yanvar 2025 10:28 263


Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi. Toyuqlu pizza

Yanvarın 7-də Los-Anceles qraflığında meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.

Yanğının ümumi sahəsi 16 min hektarı ötüb. O, 12 300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!