Kalın və Sallivan Qarabağ mövzusunda danışıb

saytların hazırlanması

Evə çatdırılma

Kalın və Sallivan Qarabağ mövzusunda danışıb

Dünya

23 Sentyabr 2021 15:25 1074


Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

Yenisabah.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, söhbət əsnasında Türkiyə ilə ABŞ arasındakı əlaqələr, Dağlıq Qarabağdakı vəziyyət, həmçinin Suriya, Liviya, Aralıq dənizi, Kipr və Əfqanıstan mövzuları müzakirə edilib. 

Müzakirə mövzularından biri həm də COVID-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə mübarizə idi. pizza hut

Söhbət əsnasında iki ölkə arasında gələcək dövr üçün güclü, uzunmüddətli və konstruktiv əlaqələr modelini inkişaf etdirmək istəyi ifadə edilib.

Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi və iki ölkə arasında ticarətin 100 milyard dollarlıq hədəfə çatması üçün lazımi mexanizmlərin işə salınması qeyd olunub.

Həmsöhbətlər NATO ittifaqını gücləndirməyin və regional və qlobal sülhün və sabitliyin gücləndirilməsi üçün addımlar atmağın zəruriliyi barədə razılığa gəliblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!