Kallas: Rusiya seçki ərəfəsində Ermənistanda informasiya kampaniyası aparır

saytların hazırlanması

Evə çatdırılma

Kallas: Rusiya seçki ərəfəsində Ermənistanda informasiya kampaniyası aparır

Dünya

02 Dekabr 2025 15:48 468


Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır.

"Yeni Sabah" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas dekabrın 2-də Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclasından sonra keçirilən brifinqdə belə deyib.

Onun sözlərinə görə, Ermənistana sülh və müqavimət möhkəmliyinin yaradılması üçün 15 milyon avro ayrılacaq:  Dominos pizza

"Əlbəttə, Ermənistanın qarşısında başqa çağırışlar var. Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır. Biz Moldovada olduğu kimi eyni şəbəkələrdən istifadə edildiyini görürük. Ssenari eynidir. Aİ-nin maliyyəsi xarici müdaxilələrə cavab verməyə kömək edəcək.

Xarici müdaxiləyə müqavimət göstərmək bütün cəmiyyətin iştirakını tələb edir. Biz Ermənistanda vəziyyətin məhz belə olduğunu eşitməkdən məmnunuq. Fəal vətəndaş cəmiyyəti və müstəqil media çox vacibdir.

Bu çətinliklərlə üzləşməkdə tək deyilsiniz; biz sizə fəal dəstək verməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!