Kamala Harris kimdir? - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kamala Harris kimdir? - Fotolar

Dünya

09 Noyabr 2020 07:58 4544


Demokrat Co Baydenin ABŞ-ın 46-cı prezidenti seçilməsindən sonra bütün nəzərlər yeni vitse-prezident Kamala Harrisə yönəlib.

“Yeni Sabah” xəbər verir ki, o, bu vəzifəyə gələn ilk qadın və ilk asiya-amerikalı vitse-prezidentdir.

Harris 1964-cü ildə Kaliforniyanın Oakland şəhərində mühacir ailəsində dünyaya göz açıb. Anası Hindistandan ABŞ-a tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan təhsil arxasınca gələn qaradərili iqtisad professoru olub. Dördpendirli pizza

Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olub.

2020-ci il prezident seçkiləri üçün Demokrat Partiyadan namizədliyə namizəd kimi qatılan Harris ilkin seçkilərdə uduzub. Demokratlardan namizəd seçilən Co Bayden isə 11 Avqust 2020-ci ildə Harrisi seçkilərə vitse-prezident qismində qoşacağını bildirib. /Publika.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!