Kamara burnunu sındırdığı azərbaycanlı futbolçudan üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Kamara burnunu sındırdığı azərbaycanlı futbolçudan üzr istədi

İdman

23 İyul 2021 16:32 1263


Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Yunanıstanda "Neftçi"nin futbolçusu Namiq Ələsgərovu ağır zədələyən "Olimpiakos”un üzvü Məhəmməd Kamara üzr istəyib.

Yenisabah.az xəbər verir ki, 24 yaşlı oyunçu bununla bağlı şəxsi İnstaqram səhifəsində paylaşım edib. O, səhifəsində yerləşdirdiyi fotonun üzərinə "Dünənki hərəkətə görə bağışla, qardaşım. Ümid edirəm, hər şey qaydasındadır" şərhini yazıb. 

"Olimpiakos” – "Neftçi” (1:0) matçının 43-cü dəqiqəsində Kamaranın kobud hərəkətindən sonra Ələsgərov ciddi zədə alaraq meydanı tərk etmişdi. Çənəsində və burnunda sınıqlar aşkar edilən 26 yaşlı futbolçumuzun əməliyyat olunacağı açıqlanıb. (qaynarinfo)  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!