Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.
1962-ci il təvəllüdlü Adıgözəlov Seymur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb. pizza mizza
Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.
Telegram kanalımız