Kamil Zeynallı azadlıqda! - Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallı azadlıqda! - Bakıya gəlir

Hadisə

21 Fevral 2024 15:24 1741


Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

İdmançının bu gün Bakıya geri qayıdacağı bildirilir. (APA) Marqarita pizza

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. 

Sosial şəbəkələrdə onun saxlanılması ilə bağlı protokol paylaşılıb. Protokola görə, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 135.1 .1 (insanlıq əleyhinə cinayətlər, qətl), 135.1.6 (işgəncə), 135.1.11 (insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər), 140.2.2 (Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək), 147.1 (muzdlu cəlb etmək) və 149.1 (təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!