Kamil Zeynallı hərbi polis olub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallı hərbi polis olub? - Açıqlama

Şou

07 Yanvar 2025 00:10 1094


Məşqçi Kamil Zeynallının hərbi polis kimi çalışmağa başladığı iddia olunub.

Buna səbəb Kamilin hərbi polis formasında yayılan görüntüləri olub. Kimisi bunun hansısa çəkiliş üçün olduğunu desə də, kimisi Kamilin hərbi polis olduğunu ehtimal edib.

K. Zeynallı özü Olay-a açıqlama verərək bunun layihə olduğunu deyib: Pepperoni pizza

"Müdafiə Nazirliyi və Xəzər Medianın layihəsidir. Mən hərbi polis olmamışam. Lakin onların komandosu ilə təlimləri birgə icra edib Xəzər TV üçün veriliş hazırlamışıq. Heç bir dövlət qulluğunda işə düzəlməmişəm".

Qeyd edək ki, sözügedən layihənin adı "Sıravi ulduz"dur. Xəzər TV-də yayımlanan ekran işində hər həftə bir məşhur sima qonaq olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!