Kamil Zeynallı onları qınadı: “Siz 50-100 manat qazanasınız deyə...“

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallı onları qınadı: “Siz 50-100 manat qazanasınız deyə...“

Şou

13 Oktyabr 2021 13:01 1920


Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində  videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib və həmin şəxslər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış idmançı Kamil Zeynallı da fikirlərini bölüşüb.

O, saxlanılanların görüntülərini paylaşaraq onları sərt şəkildə qınayıb: Sezar pizza

“Əziz qardaşlarım, sizi bu halda görmək xoş deyil. Siz pul qazanasınız deyə niyə heyvanlara əziyyət, zülm verirdiniz ki, bu gün də bu halda görünəsiniz?! Prezidentimizin qızı Leyla Əliyeva heyvanlara görə zooparkı yenidən təmir etdirdi ki, heyvanlar əziyyət çəkməsin, rahat yaşasınlar. Siz isə 50-100 manata görə itləri qırdırıb öldürürsünüz. Günahdır axı…” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!