Kamil Zeynallıdan həbsi barədə   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallıdan həbsi barədə AÇIQLAMA

Dünya

15 Dekabr 2020 15:21 2152


30 sutka azadlıqdan məhrum edilən tanınmış idmançı Kamil Zeynallı bu haqda açıqlama verib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat verilib:

“Kamil Zeynallı Kəlbəcərdəki əsgərlərimizə növbəti dəfə dəstək göstərərkən həbs olunub. Qeyd edirik ki, DİN-nin bu həbslə heç bir əlaqəsi yoxdur. Kamil Zeynallının sözlərini sizə çatdırırıq: Ali Baş Komandanımızı da, dövlətimi də, əsgərimi də, millətimi də sevirəm. Allah polislərimizin köməyi olsun. Başıma nə iş gəlsə də, nə qədər həbs olunsam da, öz əməlimdən dönməyəcəm. Dördpendirli pizza

Hər şey dövlət başçımıza, əsgərlərimizə, millətimizə qurban olsun. Allah içimizdə olan düşmənlərə lənət eləsin. Azadlığa çıxandan sonra yardımlara davam edəcəyik. Hər zaman prezidentmimizə, xalqımıza sədaqətli olmuşam.

Niyyətim dövlət başçımızın, xalqımızın yanında olmaq, dəstək verməkdir. Bu yolda başıma nə iş gəlirsə, gəlsin, əqidəmdən dönmərəm. Yaşasın Azərbaycan! Hər şey Vətən üçün! Mən Vətənimi sevirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!