Kamran Ağayev karyerasını bitirir

saytların hazırlanması

Evə çatdırılma

Kamran Ağayev karyerasını bitirir

İdman

10 Yanvar 2022 18:57 1025


Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirmək istəyi ilə "Səbail" klubuna müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 36 yaşlı qolkiper qapıçılarla iş üzrə məşqçi Fərhad Vəliyev vasitəsi ilə xəbər göndərib: "Özüm Kamranla görüşməmişəm. Bu gün axşam məşqində onunla bu barədə danışacağam". Dördpendirli pizza

Qeyd edək ki, Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb. Təcrübəli oyunçu 2008 - 2018-ci illərdə Azərbaycan yığmasının formasını geyinib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!