Kamran Əliyev kürəkənini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev kürəkənini işdən çıxardı

Siyasət

03 İyun 2020 15:38 3458


Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.

Yenisabah.az bildirir ki, "BakuPost"un əldə etdiyi məlumata görə, əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.

Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir. pizza mizza

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta məlumatı təsdiqləyib.

O bildirdi ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

O.Nuriyevin yeni iş yeri barədə sorğuya cavabında isə E.Sultanov bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətində məlumatın olmadığını vurğuladı.

Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!