Kamran Əliyev onlara yüksək vəzifə verdi 

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev onlara yüksək vəzifə verdi 

Siyasət

23 Sentyabr 2025 16:50 1721


Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb. Marqarita pizza

Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.

P. Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!