Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
Baş prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib. pizza mizza
Telegram kanalımız