Kamran Əliyevin işdən çıxardığı kürəkəni yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyevin işdən çıxardığı kürəkəni yeni vəzifəyə təyin olundu

Siyasət

04 İyun 2020 09:41 1815


Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni Orxan Nuriyevin hansı dövlət qurumunda vəzifəyə təyin olunduğu məlum olub.

Yenisabah.az haqqin.az-a istinadən xəbərə verir ki, Səbail rayon prokurorunun müavini olan Orxan Nuriyev K.Əliyevin əmri ilə bu vəzifədən azad olunduqdan sonra Dövlət Təhülkəsizlik Xidmətində fəaliyyətə başlayıb.

O.Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub. Pepperoni pizza

Qeyd edək ki, O.Nuriyevin bu vəzifədə, ümumiyyətlə, prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!