Kamran Məlikova vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Kamran Məlikova vəzifə verildi

Sosial

08 Oktyabr 2025 11:46 566


Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə yeni dekan təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ali məktəbin rektoru Şahin Bayramov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Kamran Telman oğlu Məlikov təyinat alıb.  Sezar pizza

Qeyd edək ki, K.Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb.

K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015–2022-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu universitetlərindən sayılan Southampton Universitetində dosent vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələrin müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!