Kanadanın baş naziri Mark Karni Donald Trampı “transformasiya edən prezident” adlandırıb və onun Ermənistanla Azərbaycan arasında “sülhün təmin edilməsində” nailiyyətlərini qeyd edib.
Yenisabah.az xəbər verir ki, Ağ Evdə ikitərəfli danışıqlar zamanı Kanada lideri Trampın qlobal məsələlərə və iqtisadi sabitliyə təsirini qeyd edib.
“Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı qonaq etdiniz və mən o zaman dedim ki, “siz transformasiya edən prezidentsiz, – deyə Karni Oval Ofisdə vurğulayıb. - O vaxtdan bəri iqtisadi transformasiya, NATO tərəfdaşlarının xərclərin qorunması üzrə görünməmiş öhdəlikləri, Hindistan və Pakistandan Azərbaycan və Ermənistana sülh, İranın terror gücü kimi zərərsizləşdirilməsi – bütün bunlar mühüm əhəmiyyət kəsb edir”. Dominos pizza
Telegram kanalımız