Kanada və Rusiyanın xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kanada XİN məlumat yayıb. Kanada və Rusiya xarici işlər nazirləri Mark Qarno və Sergey Lavrov arasında görüş Reykyavikdə baş tutub.
Mark Qarno rəsmi Ottavanın Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırdığını bir daha vurğulayıb. Pepperoni pizza
Bundan əlavə, nazir Ottavanın Krımla bağlı məlum mövqeyini Lavrova çatdırıb, son vaxtlar Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca hərəkət etməsindən narahatlığını bildirib və Moskvanı Aleksey Navalnını sərbəst buraxmağa çağırıb.
Telegram kanalımız