Kanadada Ermənistanın təxribatlarına qarşı aksiya keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kanadada Ermənistanın təxribatlarına qarşı aksiya keçirildi - Foto

Siyasət

25 İyul 2020 16:05 1005


Kanadanın paytaxtı Ottava şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın hərbi təxribatlar törətməsinə etiraz və Azərbaycan ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.

Yenisabah.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ottavada fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin nəzərinə çatdırmaq olub. Azərbaycanın ücrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən Ermənistan səfirliyinin binalarının, ölkənin Baş nazirinin iqamətgahının önündən keçib.

Aksiyanın sonunda soydaşlarımız əllərində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzkar siyasətinə son!", "Kanada indi hərəkətə keçməlidir!" və sair şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə qətiyyətli addımların atılmasını tələb ediblər. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!