Kanadada onlarla insanın yoluxduğu naməlum xəstəlik aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Kanadada onlarla insanın yoluxduğu naməlum xəstəlik aşkarlanıb

Dünya

31 Mart 2021 08:32 1030


Kanadada həkimlər beyinin yaddaşı itməsi, qaraabasma, əzələ atrofiyası ilə müşahidə olunan naməlum xəstəliyi araşdırırlar.

Bu barədə “The Guardian” nəşri bildirib. Kanadada naməlum xəstəliyə 43 yoluxma halı qeydə alınıb. İlk əlaməti həkimlər hələ 2015-ci ildə qeydə alıblar, xəstəlik 2019-cu ildə 11 nəfərdə aşkarlanıb, 2020-ci ildə bu göstərici artaraq 24 olub. Bununla yanaşı, beş xəstə vəfat edib.

Xəstəliyin aşkarlandığı pasiyentlərdə ağrılar, spazmalar və davranış dəyişiklikləri hiss edilib, həmçinin həyəcan və ya depressiya müşahidə olunub. pizza hut

Qeyd edilir ki, naməlum xəstəliyə yoluxma ilə bağlı halların əksəriyyəti Akadi yarımadasında və Nyu-Bransuik əyalətinin Monkton şəhərində qeydə alınıb.

Hazırda tədqiqatçılar qrupu yeni xəstəliklə ekoloji problemlər arasında əlaqənin mövcud olub-olmadığını araşdırırlar. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!