Kanadada silahlı hücum: 16 ölü

saytların hazırlanması

Evə çatdırılma

Kanadada silahlı hücum: 16 ölü

Dünya

20 Aprel 2020 09:23 735


Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxs insanalara atəş açıb.

Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində 16 nəfər həlak olub. 

Hadisə şənbə günü baş verib. Ancaq polis hadisə barədə heç bir məlumat verməyib. Sezar pizza

Bu gün açıqlanan məlumata görə, atəş açan şəxs polis forması geyinib və patrul maşınına minərək hadisə yerindən qaçıb.

Polis cinayətkarı tutmaq üçün əməliyyat keçirib. 12 saat davam edən əməliyyat zamanı tərəflər arasında atışma olub. Nəticədə bir polis ölüb, biri isə yaralanıb. Atışma zamanı cinayətkar da öldürülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!