Kanadalılar Maskın vətəndaşlığının ləğvi üçün imza toplayır

saytların hazırlanması

Evə çatdırılma

Kanadalılar Maskın vətəndaşlığının ləğvi üçün imza toplayır

Dünya

26 Fevral 2025 11:48 139


Kanadada ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın "ölkənin milli maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi" iddiası ilə vətəndaşlığının ləğvi üçün başladılan imza kampaniyasına 240 mindən çox insan qoşulub.  

Yenisabah.az xəbər verir ki, Kanada Parlamentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, indiyədək 240 min 554 nəfər bu müraciətə imza atıb.  

Digər tərəfdən, Mask sosial media platforması “X”-də paylaşım edərək, kampaniyaya cavab verib. O, Kanadanın "gerçək bir ölkə olmadığını" iddia edib.   Dördpendirli pizza

Fevralın 23-də başladılan kampaniya müraciətində Maskın "var-dövlətini və nüfuzunu Kanada seçkilərinə müdaxilə etmək üçün istifadə etdiyi" və "ölkənin suverenliyini ləğv etməyə çalışan xarici bir hökumətin üzvü olduğu" irəli sürülüb.  

Müraciət iyunun 20-də Kanada Parlamentinə təqdim ediləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!