Kanadanın 70-dən çox gimnastı cinsi istismardan şikayətlənir

saytların hazırlanması

Evə çatdırılma

Kanadanın 70-dən çox gimnastı cinsi istismardan şikayətlənir

İdman

29 Mart 2022 10:11 478


Kanadanın 70-dən çox hazırkı və keçmiş gimnastları emosional və cinsi istismardan şikayətlənib.

"Report" BBC-yə istinadən xəbər verir ki, idmançılar bununla bağlı araşdırma aparılmasını istəyib.

Onlar Kanada hökumətinin İdman Departamentinin rəhbərliyinə açıq məktub da göndəriblər. Gimnastlar artıq olanlara səssiz qala bilmədiklərini yazıblar: "Üzləşdiyimiz sui-istifadə, laqeydlik və ayrı-seçkilik təcrübələrimizi dəyişikliyin ediləcəyi ümidi ilə bölüşməyə hazırıq. İdman Departamentindən gimnastlara qarşı fiziki və psixoloji travmanın qarşısını almaq üçün tədbirlər görməsini xahiş edirik". pizza sifarişi

Məktubda o da bildirilib ki, Kanada gimnastikasında məşqçilər, çoxu yetkinlik yaşına çatmayanlardan ibarət olmaqla, zərif cins nümayəndələrinə qarşı emosional, fiziki və cinsi zorakılıqlar "çiçəklənməkdədir": "Kanada Gimnastika Federasiyasının hazırkı rehbərliyi bu problemləri həll edə və idmançıların etimadını qazana bilmədi. Davam edən sistemli sui-istifadə, ayrı-seçkiliyə adekvat cavab verilməməsi narahatedicidir".

Qeyd edək ki, daha əvvəl ABŞ Böyük Britaniya, Avstraliya və Yunanıstanın idman gimnastika üzrə milli komandalarında oxşar hallar baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!