“Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

“Kanal 13”ün rəhbərinə xəbərdarlıq edildi

Maraqlı

23 Sentyabr 2022 15:26 1220


"Kanal 13" adlı "Youtube" kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Milli Təhlükəsizlik haqqında" haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı "Youtube" kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib. Toyuqlu pizza

Əziz Orucova sentyabrın 15-də "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!