Yuxarı Şirvan su kanalında batan gəncin meyiti tapılıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu, Ağdaş rayonunun Orta Ləki kənd sakini Kərimli Samir Mirzə oğludur. Onun meyiti rayonun Bulaqotağı kənd ərazisindən, yəni suda batdığı yerdən təqribən 300-400 metr məsafədə aşkarlanıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib. pizza
Araşdırma aparılır.
2006-cı il təvəllüdlü S.Kərimli ötən gün Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmışdı.
Telegram kanalımız