Vəzifəli şəxsə cinayət işi açıldı- SƏBƏB NƏDİR?

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxsə cinayət işi açıldı- SƏBƏB NƏDİR?

Sosial

20 Noyabr 2025 13:48 1213


"Baksol" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həlak olan 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı açılmış cinayət işinin istintaqı yekunlaşıb.

"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətləri üzrə qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb olunub.

Rəis həbs edilməyib, lakin məhkəməyə qədər onun barəsində "başqa yerə getməmək" qətimkan tədbiri tətbiq edilib. pizza

İstintaq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədova tərəfindən araşdırılacaq.

Cümşüd Cümşüdlünün meyiti Hövsan qəsəbəsindəki kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!