“Kann Festivalında Röyanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir”

saytların hazırlanması

Evə çatdırılma

“Kann Festivalında Röyanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir”

Mədəniyyət

24 May 2025 09:19 12827


"Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir".

Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu kinorejissor, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.

"Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Dördpendirli pizza

Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".

Röya Ayxanın "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!