Kapital Bank pensiyalara niyə limit qoyub? - Bankdan şikayət 

saytların hazırlanması

Evə çatdırılma

Kapital Bank pensiyalara niyə limit qoyub? - Bankdan şikayət 

İqtisadiyyat

17 Noyabr 2022 14:58 22497


"Pensiya kartlarını dəyişdirəndə Kapital Bank özündən yeni qaydalar çıxarır. Yeni pensiya kartlarından bir gündə 500 manatdan artıq pul çıxarmaq olmaz. Bu nə qaydadır, bu nə özbaşınalıqdır?" 

Valyuta.az xəbər verir ki, bu fikirləri şəhid Vüsal Əliyevin qardaşı Elyar İslamoğlu "Facebook" sosial şəbəkəsində yazıb. O qeyd edib ki, kimsə 500 manatdan artıq pensiya alırsa, pulu nəğdləşdirmək üçün 2 dəfə bankomata getməlidir:

"Nəzərə alaq ki, bankomatlar əksər kəndlərdə olmur, yalnız rayon mərkəzlərində olur. Deməli pensiyaçı 500 manatdan artıq pul götürmək üçün 2 dəfə xərc çəkməli, rayon mərkəzinə 2 dəfə getməlidir. Bütün yeni qanun-qaydalar ancaq vətəndaşı incitməyə xidmət edir".  pizza sifarişi

Paylaşımın şərh bölümündə bankdan xeyli narazılıqların olduğunu görürük. 

Sevda Firudin adlı istifadəçi yazıb: "Müəllimlərin maaş kartının vaxtı bitir bir aya dəyişib yeni kart verirlər. Bankdan şəxsiyyət vəsiqəsi ilə maaşını götürəndə 2% tutulma olur. Kapital bank belə işləyir. Bilirlər ki, müəllim bir ay gözləməyəcək pula ehtiyacı var, gedib pulunu götürməyə məcburdur. Ona görə də faiz tutulur". 

Digər istifadəçilər də bankdan şikayət ediblər: "Kapital bankın yeni kartl


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eldəniz
    Ümumiyyətlə Azərbaycanda banklar əhalini soymaqla məşğuldur.Özləri istədiyi qaydanı tətbiq edirlər. Hətta aldatma yolu ilə kredit verib sonra artıq faiz tuturlar və deyirlərki bizdə belədir
    3 years ago
  • VÜQAR
    Düzgün fikirdi bu mənim pulumdursa istədiyim məbləği götürə bilərəm. Bank vətəndaşların hüququnu pozur
    3 years ago
  • Sebuhi Quliyev
    Komitə görə mən də naraziyam
    3 years ago
  • Huseyn
    Salam hər vaxtını xeyirli olsun.Mənim nərazılığım Kapital bankdandır necə olurki mən və başqa müştərilər təzədən avans götürmək üçün 3-4 gün gözləyirik.Necə olurki karlarımıza pul köçən kimi pulu tutur ancaq qayıdıb avansı təzədən götürə bilmirik həmin günü.Xahiş edirəm bu barədə bir tədbir görərdiniz.
    3 years ago
  • Vüqar
    Bəsdirda. Limit bütün kartlara şamil olunur. Tək pensiya deyil. Və tək Kapitala aid deyil. Bu təhlükəsizlik üçün edilib. Kartın nağd çıxarış limitini dəyişmək lazımdır. Vəssalam. BirBank proqramı vasitəsi ilə "Limitlərin idarə edilməsi" bölümündə çox sadə edilə bilər. İstiyirsən 2000 azn qoy limiti.
    3 years ago
  • Yafəs Əliyev
    Salam Adam özü bir bank vasitəsi ilə limiti artirib 500 2000 edə bilərsən a,müsəlmanlar
    3 years ago