Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - Maşınları əllərindən alına bilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - Maşınları əllərindən alına bilər - Video

Sosial

13 May 2020 22:05 2655


Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm” reaksiyası müzakirələrə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı Baku TV-yə bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

“Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Tərtib edilən protokola  görə vətəndaşa məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. 10 gün müddət tamam olanda şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. pizza sifarişi

Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir”. 

Ətraflı süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!