Karantin il sonuna kimi uzadıldı - Ukraynada

saytların hazırlanması

Evə çatdırılma

Karantin il sonuna kimi uzadıldı - Ukraynada

Dünya

13 Oktyabr 2020 19:43 1070


Ukrayna hökuməti koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri dekabrın 31-dək uzatmaq qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Denis Şmıqal açıqlama verib.

“Hökumət adaptiv karantini il sonuna kimi uzatmaq qərarına gəldi”, - deyə Şmıqal bildirib. Dominos pizza

Onun sözlərinə görə, karantini uzatmaq təkcə Ukraynada deyil, bütün dünyada koronavirusla mübarizədə daha təsirli mexanizmdir.

Baş nazirin sözlərinə görə, bununla belə karantin qaydalarında bəzi dəyişikliklər ediləcək. Belə ki, bundan sonra “yaşıl zona”da 50-dək, “narıncı zonada 30-dək, “sarı zona”da 20-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazə veriləcək. “Qırmızı zona”da isə kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!