Karantin qadağalarına məhəl qoymayan Baş nazirin müavini cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Karantin qadağalarına məhəl qoymayan Baş nazirin müavini cərimələndi

Dünya

30 İyun 2021 00:12 1670


Avstraliyanın Yeni Cənubi Uels ştatının polisləri epidemiya tələblərini pozan və ictimai yerə maskasız daxil olan ölkənin Baş nazirinin müavini Barnabi Djoysu cərimələyib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları Armideyl şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinin işçilərinin şikayəti əsasında hadisə yerinə yollanıb. Dominos pizza

Yanacaqdoldurma məntəqəsinin əməkdaşları B.Djoysun onların maska taxmaq xəbərdarlığına məhəl qoymadığından şikayət ediblər.

Hadisəyə müdaxilə edən polislər Baş nazirinin müavininə 200 Avstraliya dolları (256 manat) həcmində cərimə yazıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!