Karantin qaydalarını pozan 5 obyekt cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Karantin qaydalarını pozan 5 obyekt cərimələndi

Hadisə

03 Avqust 2021 20:13 1074


Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 5 toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Yeniabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı Lənkəran rayonundakı “Şah Sarayı”, “Amin”, “Aydan” şadlıq saraylarında, “Şəlalə” və “Karnaval” istirahət mərkəzlərində təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar. pizza sifarişi

Ümumilikdə isə Lənkəran rayonu ərazisində iyulun 1-dən təşkil edilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn tələblərin pozulması ilə bağlı 42 nəfər barəsində qanunamüvafiq tədbirlər görülüb, onlardan 3 nəfəri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!