Karantin qaydalarını pozan daha 2 obyekt aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Karantin qaydalarını pozan daha 2 obyekt aşkarlandı

Kriminal

30 Mart 2021 11:26 728


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir çay evinin karantin rejim qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi, bir “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.

Həmin obyektlərlə bağlı 4 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!