Koronavirusun ən geniş yayıldığı ABŞ-da "Dr. Mike" olaraq məşhurlaşan həkim Mikayıl Varşavski tənqid hədəfinə çevrilib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə milyonlarla izləyicisi olan Varşavski son zamanlar televiziya proqramlarında tez-tez koronavirusla bağlı xəbərdarlıq etməsi ilə gündəmə gəlirdi.
O, demək olar ki, hər çıxışında insanları maska taxmağa və sosial məsafəni gözləməyə səsləyib. Lakin məlum olub ki, həkim sıravi vətəndaşlardan bunu tələb etsə də, özü karantin qaydalarını sərt şəkildə pozub. Belə ki, o, Mayamidə bir yaxtada 31-ci doğum günü tədbiri keçirib və məclisə çoxlu sayda dostunu dəvət edib. Marqarita pizza
Sosial şəbəkə istifadəçiləri isə bir müddət əvvəl "People" jurnalı tərəfindən "yaşayan ən seksi həkim" adlandırılan Varşavskinin bu addımını ikiüzlülük olaraq qiymətləndiriblər.
Telegram kanalımız