Karantin qaydalarını pozan idman zalı aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Karantin qaydalarını pozan idman zalı aşkarlandı

Kriminal

24 Fevral 2021 17:12 890


Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi qaydalarını pozduğu üçün Polis Şöbəsinə gətirilib.  

Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib. pizza sifarişi

Qeyd edək ki, bir müddət əvvəl də polis əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı həmin idman zalının qaydaları pozaraq işlədiyi müəyyən olunub və N.İsmayılova ciddi xəbərdarlıq edilməklə barəsində cərimə protokolu tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!